...

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi, birinin isə sudan meyiti çıxarıldı

Hadisə Materials 27 İyul 2018 18:24 (UTC +04:00)
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6000 metr aralı, nəzarətsiz ərazi) 3 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi, birinin isə sudan meyiti çıxarıldı

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6000 metr aralı, nəzarətsiz ərazi) 3 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 2 nəfəri xilas edib və 1977-ci il təvəllüdlü Zərbəliyev Azər Allahverdi oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti