...

Süni göldə batan 18 yaşlı gəncin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 10 Avqust 2018 14:31 (UTC +04:00)
Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.
Süni göldə batan 18 yaşlı gəncin meyiti tapılıb (YENİLƏNİB)

İlk xəbər saat 13:56-da yayımlanıb

Bakı. Trend:

Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

13:56

Daşkəsən rayonunda süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti