...

Xaçmazda “VAZ” beton maneəyə çırpılıb, sürücü xəsarət alıb

Hadisə Materials 12 Sentyabr 2018 07:51 (UTC +04:00)
Xaçmaz rayonunda yol qəzası baş verib.
Xaçmazda “VAZ” beton maneəyə çırpılıb, sürücü xəsarət alıb

Bakı. Trend:

Xaçmaz rayonunda yol qəzası baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Çarxı kəndində "VAZ" markalı minik avtomobili beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti