...

Masazırda 2 mərtəbəli ev yanıb

Hadisə Materials 20 Sentyabr 2018 16:51 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Masazırda 2 mərtəbəli ev yanıb

Bakı. Trend:

Masazırda yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 120 kv.m olan kürsülü, ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti