...

Abşeronda yük avtomobili ilə toqquşan "VAZ"ın sürücüsü dünyasını dəyişdi

Hadisə Materials 23 Oktyabr 2018 14:46 (UTC +04:00)
Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Abşeronda yük avtomobili ilə toqquşan "VAZ"ın sürücüsü dünyasını dəyişdi

Bakı. Trend:

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 22-də saat 18 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakini Dərya Alxasovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Emil Abdullayevin idarə etdiyi “Tatra” markalı yük avtomobili toqquşub, nəticədə D.Alxasov hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti