...

Bakıda süni göldə batan şəxsin meyiti tapılıb

Hadisə Materials 26 Dekabr 2018 09:50 (UTC +04:00)
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin süni gölə düşməsi barədə məlumat daxil olub.
Bakıda süni göldə batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin süni gölə düşməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti