Bakı. Trend:
Hindistanda səhər saatlarında 4 mərtəbəli bina uçub. Trend-in məlumatına görə, Nyu Dehli ətrafında yaşayış binasının uçması nəticəsində azı 8 nəfərin dağıntılar altında qaldığı bildirilir.
Hazırda ərazidə xilasedicilər işləyir.
Binanın hansı səbəbdən uçması hələlik məlum deyil.