...

Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 11 Fevral 2019 11:53 (UTC +04:00)
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə əsasən həbs edilmiş Nurlan Cəsarət oğlu İbrahimliyə bibisi qızı Sumqayıt şəhər sakini Hüseynova Günay Tahir qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, “Tulçinka” markalı plastmas yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş daxilində danışıq kartı olan bir ədəd “Samsung” markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti