...

Tibb kolleci təxliyə olundu - Bomba həyəcanı

Hadisə Materials 21 May 2019 15:42 (UTC +04:00)
Mahaçqalada tibb kolleci təxliyə olunub.
Tibb kolleci təxliyə olundu - Bomba həyəcanı

Bakı. Trend:

Mahaçqalada tibb kolleci təxliyə olunub. Trend-in məlumatına görə, təxliyə kollecdə partlayıcı olması barədə anonim zəngdən sonra aparılıb.

Müəllim və tələbə heyəti "bomba xəbəri" alınandan dərhal sonra təxliyə edildikdən sonra Dağıstan Daxili İşlər Nazirilyinin müvafiq qüvvələri tərəfindən təhsil müəssisəsinə baxış keçirilib. Kollecdə heç bir partlayıcı tapılmayıb.

Qeyd edək ki, daha öncə Mahaçqalada məscidə partlayıcı qoyulması barədə anonim zəng daxil olmuşdu. Həmin fakt da təsdiqini tapmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti