...

Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı

Hadisə Materials 22 May 2019 15:42 (UTC +04:00)
Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.
Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.

Bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib.

Sədrin sözlərinə görə, leytenant rütbəsində olan gənc qız Rusiyanın Novokuznetsk şəhərində yerli orqanların birində müstəntiq işləyib:

"Uzun zamandır itkin düşən həmvətənimiz, 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi. Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb".

F.Qasımov qeyd edib ki, hazırda meyit morqdadır, tam rəy açıqlanandan sonra yaxınlarına təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti