Cahangir Hacıyevin vəkillərinin vəsatəti rədd edildi

Cahangir Hacıyevin vəkillərinin vəsatəti rədd edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin ötən prosesdə verdiyi vəsatətlərlə bağlı qərar elan edilib.

Məhkəmə "Beynəlxalq Bank"ın Müşahidə Şurasının üzvü olmuş Vəli Kərimovun dindirilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Qazaxıstanın Ədliyyə Nazirliyinə sorğu göndərilərək kredit öhdəliyinin yerinə yetirilməməsinə görə Beynəlxalq Bankın nəzarətinə keçən "Minay" şirkəti ilə bağlı məlumatlar alınması barədə vəkillərin vəsatəti də təmin olunmayıb.

Daha sonra vəkillər bildiriblər ki, 2015-ci ilin iyununda Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə yaradılan və bu iş üzrə zərərçəkən qismində tanınan "Aqrarkredit" QSC istintaq zamanı C.Hacıyev və digərlərinə qarşı 4 milyard 138 milyon manat mülki iddia qaldırsa da, qaytarılmayan iddia məbləğində kreditlərə görə müsadirə olunmuş əmlaklar nəzərə alınmayıb.

"Aqrarkredit" QSC-nin nümayəndəsi mülki iddianın məbləğini yenidən dəqiqləşdirməkdən ötrü məhkəmədən vaxt istəyib.

Proses iyulun 22-də davam edəcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Aplyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

"Barselona"da koronavirus həyəcanı - 5 futbolçu yoluxubmuş
"Barselona"da koronavirus həyəcanı - 5 futbolçu yoluxubmuş
Mariana Vasileva FIG prezidentinin layihəsinə ekspert kimi dəvət alıb
Mariana Vasileva FIG prezidentinin layihəsinə ekspert kimi dəvət alıb
Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb
Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb
Loading Bars
Xəbər lenti
Liviya MSH döyüşçüləri Tripoli hava limanını Haftar qüvvələrindən geri alıblar
Sabirabadda yanğın olub
Moskvada koronavirusdan 60-dan çox insan ölüb
Vaşinqtonda komendant saatı daha bir gün uzadılıb
Ağdaşda "VAZ" yanıb
Biləsuvarda zəlzələ qeydə alınıb
Dünyada koronavirusdan 600-dən çox tibb bacısı ölüb
DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib
Rəşad Mahmudov: Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir
Bakıda avtobus yanaraq kül oldu (FOTO)
Musa Quliyev: Hazırki vəziyyət həftə sonu ciddi karantin rejiminin tətbiq edilməsini zəruri edir
Almaniya Avropanın 29 ölkəsinə səyahət məhdudiyyətini aradan qaldıracaq
Türkiyədə koronavirusdan sağalanların sayı 130 min nəfəri ötüb
"Renault" Fransadan 5 milyard avro kredit alacaq
Dünyada koronavirusa yoluxma riskinin daha yüksək olduğu hava limanları - SİYAHI
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq
Prezident İlham Əliyev: Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür
48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 hakim isə korrupsiya əməllərinə görə istintaqa verilib
Azərbaycan Prezidenti: Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir
Hindistanda kimya zavodunda partlayış: 5 ölü, onlarla yaralı var
Prezident İlham Əliyev: Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub
Azərbaycan Prezidenti: İdmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır
Prezident İlham Əliyev: Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır
AMFA Azərbaycanda qadın sahibkarlığına dəstək barədə
BMTM “Covid-19 böhranı zamanı çoxtərəfliliyin müqəddəratı” adlı vebinar keçirib (VİDEO)
Könüllülərin növbəti əlaqələndirmə görüşü baş tutub
DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb
İmtahanlarla bağlı Operativ Qərargahdan AÇIQLAMA
TƏBİB: İşçilər 3 qrupa bölünsün və ayrı-ayrı saatlarda işə gəlsinlər
Operativ Qərargah: Bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir
İbrahim Məmmədov: Maskalarla bağlı vahid qiymət 30 qəpikdir
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi? - RƏSMİ AÇIQLAMA
Ramin Bayramlı: Qaydalara əməl edilsə, məhdudlaşdırmalara getməyə bilərik
Sabah Baş Nazir məhdudlaşdırmalarla bağlı detalları açıqlayacaq
İbrahim Məmmədov: Karantin rejiminin sərtləşdirilməsi və ya yumşalma zərurətdən asılıdır
TƏBİB sədri: Tibb müəssisələrində sıxlığın yaranması əsas verir ki, əhalini həmrəyliyə dəvət edək
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur - Operativ Qərargah
Bu şəhərlərdə küçəyə çıxmaq yenidən məhdudlaşdırıla bilər - TƏBİB AÇIQLADI
Sumqayıtdakı 1 saylı xəstəxana artıq koronavirus xəstələrinə xidmət göstərəcək
Hazırda biz pandemiyanın ikinci mərhələsindəyik - Ramin Bayramlı
Ramin Bayramlı: Koronavirus xəstələrinin sayı artıqca ağır xəstələrin də sayı artır
İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib
Prezident İlham Əliyev yenidən qurulan “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib (FOTO/VİDEO)
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın
UNEC tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub
İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb: Pozuntular aşkarlanıb (FOTO)
AQTA İmişli və Bərdədə reyd keçirdi - İki müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb
Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi
Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib (FOTO/VİDEO)
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb (FOTO)
Ağcabədidə dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri (FOTO/VİDEO)
Məzahir Əfəndiyev: Koronavirusla mübarizədə medianın rolu böyükdür
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Bakıda qətl hadisəsinin üstü “isti izlərlə” açılıb - RƏSMİ
Qazaxda otlaq sahədə top mərmisi tapılıb
"Barselona"da koronavirus həyəcanı - 5 futbolçu yoluxubmuş
İyunun 4-də dolların manata qarşı məzənnəsi
Bərdədə su kanalına atılan heyvan leşləri məhv edilib
Bakıda qəza uzun tıxaca səbəb oldu (FOTO)
Vergi ödəyicilərinə hansı güzəştlər edilir? - RƏSMİ AÇIQLAMA
Müharibə veteranları ilə bağlı qanunvericiliyə yeni TƏKLİF
Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Yer kürəsinin ən təmiz ərazisi açıqlanıb
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM
Tərtərdə 21 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb
Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib - STATİSTİKA
Bakıda qadın qızının sevgilisini bıçaqladı - Qızı ilə evlənmək istəmədiyi üçün
Vüqar Bayramov: Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
ÜST: Koronavirusun ikinci dalğası qaçılmaz deyil
Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib
İsveçrə mediasında Azərbaycandan bəhs edilib
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı (FOTO)
Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır
Bu il Şahdəniz yatağı üzrə gəlirlər açıqlanıb
Güclü külək əsəcək, temperatur aşağı düşəcək - Xəbərdarlıq
DYP sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara və sərnişinlərə müraciət edib
“Azərxalça” ASC-nin Tərtər filialı açılıb (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda bankomatdan pul çıxaran qadını izlədilər, sonra çantasını soydular (FOTO)
İranda koronavirusdan ölәnlәrin sayı 8 mini keçib
26 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb
AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi təbrik bəyanatı qəbul edib
Sabah Bakıda 27 dərəcə isti olacaq
Qaxda zəlzələ olub
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib (FOTO/VİDEO) (YENİLƏNİB)
ABŞ-da etirazlar zamanı 9 mindən çox şəxs saxlanılıb
Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub (VİDEO)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Bütün xəbərlər