...

Qubada "Ford" küçdə alışdı-yandı

Hadisə Materials 20 Noyabr 2019 12:58 (UTC +04:00)
Quba rayonunun Qımıl kəndində "Ford" markalı yük avtomobilinin yanar hissələri yanıb.
Qubada "Ford" küçdə alışdı-yandı

Bakı. Samir Əli - Trend:

Quba rayonunda avtomobildə yanğın olub.

Trend-in məlumatına görə, hadisə rayonun Qımılqışlaq kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Tofiq Mehman oğluna məxsus 90-LA-845 dövlət qeydiyyat nişanlı "Ford" markalı minik avtomobili hərəkətdə olarkən qəfil yanıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib. Yanğın söndürülsə də avtomobilin yanar hissələri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti