...

50 yaşlı kişi yol qəzasının qurbanı oldu

Hadisə Materials 2 Yanvar 2020 17:13 (UTC +04:00)
Bakı şəhər sakini S.Quliyev “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub.
50 yaşlı kişi yol qəzasının qurbanı oldu

Bakı. Trend:

Yanvarın 1-də saat 18 radələrində Abşeron rayonunun Görədil qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə həmin şəxs hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti