...

“Barselona” iki illik fasilədən sonra Kamp Nouya qayıdıb

İdman Materials 9 Noyabr 2025 01:45 (UTC +04:00)
“Barselona” iki illik fasilədən sonra Kamp Nouya qayıdıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona” iki illik genişmiqyaslı təmirdən sonra Kamp Nou stadionunda azarkeşlər qarşısında ilk məşqini keçirib.

Trend xəbər verir ki, katalon klubunun öz meydanına dönüşü münasibətilə xüsusi tədbir təşkil olunub.

Məşqi izləmək üçün azarkeşlərə biletlər satılıb və əldə olunan gəlirlərin “Barsa Fondu” vasitəsilə xeyriyyə layihələrinə yönəldiləcəyi bildirilib.

Qeyd edək ki, layihəyə əsasən 105 min 410 tamaşaçı tutumuna malik olacaq yenilənmiş Kamp Nou dünyanın üçüncü ən böyük futbol stadionu olacaq.

Xəbər lenti

Xəbər lenti