Bakı. Trend:
Fransa kəşfiyyat orqanları partlayıcı maddələrdən istifadə edərək mədəniyyət müəssisəsinə terror hücumu planlaşdıran üç qadını saxlayıb.
Trend xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Bildirilib ki, Daxili Təhlükəsizlik Baş İdarəsinin zabitləri şübhəliləri bir neçə aylıq müşahidədən sonra həbs ediblər.
Məlumata görə, qadınlardan biri əlil arabasından istifadə edir. Müstəntiqlərin açıqlamasına əsasən, onlar Parisdəki bir bar və ya konsert zalında partlayıcı kəmərlərdən istifadə etməklə hücum həyata keçirməyi planlaşdırıblar.
Hər üç saxlanılan şəxs 18–21 yaş aralığında olan Fransa vətəndaşlarıdır və radikal İslam ideologiyasının tərəfdarları kimi tanınırlar.
