...

Sumqayıtda beşmərtəbəli binada yanğın olub - Xəsarət alan var

Hadisə Materials 16 Yanvar 2020 09:43 (UTC +04:00)
Hadisə ümumi sahəsi 65 m² olan 3 otaqlı məzildə baş verib
Sumqayıtda beşmərtəbəli binada yanğın olub - Xəsarət alan var

Bakı. Trend:

Sumqayıt şəhərində beşmərtəbəli binanın 2-ci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən, ümumi sahəsi 65 m² olan 3 otaqlı məzilin 1 otağında döşəmə 1 m² sahədə, 1 ədəd elektrik qızdırıcısı və yataq dəsti qismən yanıb.

Bildirilir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.otaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti