...

Goranboyda “VAZ” qarda batdı - Dörd nəfər xilas edildi

Hadisə Materials 21 Yanvar 2020 09:16 (UTC +04:00)
Hadisə Buzlaq kəndində baş verib
Goranboyda “VAZ” qarda batdı - Dörd nəfər xilas edildi

Bakı. Trend:

Goranboy rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti