...

Göyçayda “VAZ”la “Ford” toqquşdu - Ölən var

Hadisə Materials 21 Yanvar 2020 14:04 (UTC +04:00)
Göyçay RPŞ tərəfindən araşdırma aparılır
Göyçayda “VAZ”la “Ford” toqquşdu - Ölən var

Bakı. Trend:

Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata əsasən, yanvarın 20-də saat 10 radələrində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində rayon sakini Malik Kərimovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil və Şəki rayon sakini R.Həsənovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti