...

Ağcabədidə ata oğlunu öldürdü

Hadisə Materials 12 Fevral 2020 12:53 (UTC +04:00)
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Ağcabədidə ata oğlunu öldürdü

Bakı. Trend:

Qəsdən adam öldürməkdə şübhəli bilinən Ağcabədi rayonunun Təzəkənd kəndinin sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə RPŞ-ə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti