...

Mingəçevirdə ağır qəza: Yük maşını velosipedçini vurub öldürdü

Hadisə Materials 10 Aprel 2020 10:54 (UTC +04:00)
Mingəçevirdə ağır yol qəzası baş verib.
Mingəçevirdə ağır qəza: Yük maşını velosipedçini vurub öldürdü

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin AzDres qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Hüseynov Həsən Natiq oğu idarə etdiyi "KamAz" markalı 21 BC 985 dövlət nömrə nişanlı yük maşını ilə hərəkətdə olarkən şəhər sakini, 1989-cu il təvəllüdlü Səfərov Rövşən Fəxrəddin oğlunun idarə etdiyi "Mercedes" markalı 99 BH 977 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində "KamAz" markalı yük maşını idarəetməni itirərək yolun kənarı ilə hərəkətdə olan velosipedçi Abdulov Elman Yunus oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti