...

Kür çayında 67 yaşlı kişi batıb

Hadisə Materials 14 May 2020 11:28 (UTC +04:00)
Kür çayında 67 yaşlı kişi batıb

Bakı. Trend:

Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlu batıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti