...

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

Hadisə Materials 4 İyun 2020 00:08 (UTC +04:00)

Bakı. Trend:

İyun ayının 4-də Azərbaycan - Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

"Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar"-deyə, məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti