...

"Şahdağ" Milli Parkının ərazisində yanğın olub

Hadisə Materials 8 İyul 2020 21:33 (UTC +04:00)
"Şahdağ" Milli Parkının ərazisində yanğın olub

Bakı. Trend:

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkının ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti