...

İmişlidə yanğın baş verib, xəsarət alanlar var

Hadisə Materials 24 İyul 2020 23:54 (UTC +04:00)
İmişlidə yanğın baş verib, xəsarət alanlar var

Bakı. Trend:

İmişli rayonunda həyətyanı sahədə həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 2 nəfər xəsarət alıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa rayonunun Qaralar kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti