...

Gömrük nəzarətindən gizlədilən 3400 "Marlboro" müsadirə edildi

Hadisə Materials 27 Avqust 2020 11:11 (UTC +04:00)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük yoxlaması zamanı avtomobilin yan hissələrində olan ehtiyat alətlər sandığının içərisində gömrük nəzarətindən gizlədilən 3400 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti