...

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Hadisə Materials 10 May 2021 12:09 (UTC +04:00)
Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Avşar kəndində yaşayan Siyasət Məmişov saxlanılıb. Onun meşə zolağında narkotik tərkibli bitkilər əkdiyi müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman 210 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti