...

Şabranda qanunsuz ov edənlər saxlanılıb (FOTO)

Hadisə Materials 25 Dekabr 2021 10:48 (UTC +04:00)
Şabranda qanunsuz ov edənlər saxlanılıb (FOTO)

Bakı. Trend:

Polis Şabranda qanunsuz ov edən şəxsləri yaxalayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıblar. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Seyidquliyev və İlqar Məmmədov rayon ərazisində, üzərlərində qanunsuz daşıdıqları silahla ov edərkən yaxalanıblar.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti