...

Qubada heroin alverçiləri saxlanılıb (FOTO)

Hadisə Materials 22 Fevral 2022 14:00 (UTC +04:00)
Qubada heroin alverçiləri saxlanılıb (FOTO)

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər - paytaxt sakinləri Sahil Məmmədov, Hüseyn Məmmədov və 1 nəfər Siyəzən rayon sakini Eldar İlyasov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Onların üzərindən külli miqdarda, yəni 1 kiloqramdan artıq heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etdikləri məlum olub.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Quba rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti