...

Laçın polisi ötən həftə qaçırılan qızı tapıb

Hadisə Materials 14 Mart 2022 20:34 (UTC +04:00)
Laçın polisi ötən həftə qaçırılan qızı tapıb

Bakı. Trend:

Mart ayının 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və rayon polis şöbəsinə gətirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, fakt üzrə Laçın RPŞ-də cinayət işi başlanılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti