...

Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

Hadisə Materials 30 Aprel 2022 21:37 (UTC +04:00)
Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

Bakı. Trend:

15.04.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, A.Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti