...

Bakıda adam oğurlayan dəstəyə hökm oxundu

Hadisə Materials 5 Noyabr 2022 15:20 (UTC +04:00)
Bakıda adam oğurlayan dəstəyə hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, bu gün hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ruslan Əsgərov 11 il, İsmayıl Bədəlov 11 il, Elşən Məmmədrzayev 11 il, İslam Bayramov 11 il və Kamil Qədimov 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxslər - Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramovun hər birinin 13 il, Kamil Qədimovun isə 12 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İttihama görə, dəstə üzvləri maddi gəlir əldə etmək məqsədilə Mikayıl Mikayılovu oğurlayıblar. Onu Sabunçu rayonunda evdə girov saxlayıblar.

Daha sonra onun atası Elçin Mikayılovdan oğlunun azad olunması üçün 30 min dollar tələb ediblər. Əvəzində 30 min manat alaraq Mikayıl Mikayılovun sərbəst buraxıblar.
Təqsirləndirilən şəxslər girovluqda olan zaman Mikayıl Mikayılovun üzərində 350 manatı da götürüblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti