...

Qırmızı işıqda keçən avtomobil qəza törətdi, işıqfor aşdı (VİDEO)

Hadisə Materials 20 İyul 2023 14:42 (UTC +04:00)
Qırmızı işıqda keçən avtomobil qəza törətdi, işıqfor aşdı (VİDEO)

Bakı. Trend:

Bakıda işıqforun qırmızı işığında keçən avtomobil yol qəzasına səbəb olub.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, hadisə səhər saatlarında Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində baş verib. Avtomobillərdən birinin vurduğu işıqfor aşaraq yararsız vəziyyətə düşüb.

Problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti