...

Abşeronda qətl hadisəsi baş verib

Hadisə Materials 22 İyul 2023 17:02 (UTC +04:00)
Abşeronda qətl hadisəsi baş verib

Bakı. Trend:

İyulun 22-də saat 17:30 radələrində Abşeron rayonu Mexkalon qəsəbəsində 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci Mirzəyev Fərid Nafiz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti