...

Astarada dənizdə batmaqda olan iki gənc xilas edilib

Hadisə Materials 29 İyul 2023 09:55 (UTC +04:00)
Astarada dənizdə batmaqda olan iki gənc xilas edilib

Bakı.Trend:

Astarada dənizdə batmaqda olan iki gənc xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində xidmət aparan xilasedicilər 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.

Dərhal xilasetmə əməliyyatına başlayan xilasedicilər tərəfindən dənizdə batma təhlükəsində olan 2002-ci il təvəllüdlü Haqverdiyev Şükür Ramil oğlu və 2006-cı il təvəllüdlü Əliyev Seymur İlkin oğlu xilas ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti