...

Gəncədə yataqxana binasında yanğın olub

Hadisə Materials 30 Dekabr 2023 23:42 (UTC +04:00)
Gəncədə yataqxana binasında yanğın olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhərində 5 mərtəbəli yataqxana binasında yanğın olub.

Trend xəbər verir ki, Gəncə şəhər Atatürk prospektində yerləşən 5 mərtəbəli binanın 2-ci və 3-cü mərtəbəsinin eyvanları və 1 otağı içərisində əşyaları ilə birgə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 7 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürlərək digər mərtəbələr yanğından mühafizə olunub.

Hadisə zamanı 2-ci mərtəbənin 15 kvadratmetr sahəsi, 3-cü mərtəbənin isə 10 kvadratmetr sahəsi yanıb. Həmçinin 16 nəfər təxliyə edilib. Onlardan bir neçə nəfərin halı pisləşib, tüstüdən zəhərlən olub. Onlara tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti