...

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb

Hadisə Materials 2 Fevral 2024 08:52 (UTC +04:00)
Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb

Bakı. Trend:

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərindən satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək müsadirə edilib.

Bundan başqa, həmin şəxsin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rasim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti