...

Göygöldə 4 nəfər zəhərlənib: 10 yaşlı uşaq öldü

Hadisə Materials 30 Avqust 2024 14:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 30-da saat 01:00 radələrində Göygöl rayonunun Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın) və 3 azyaşlı (2 qadın, 1 kişi olmaqla) dəqiqləşdirilməmiş kimyəvi məhlul zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Bu barədə Trend-in sorğsuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

"Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir", - məlumatda qeyd edilib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib. "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti