Bakı. Trend:
Bakının Yasamal rayonu, Kənar Dairəvi yol ilə Nazim Hikmət küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verib.
Qeyd olunub ki, qəza səbəbindən Yeni Yasamal istiqamətində sıxlıq yaranıb.