...

Odlu silahdan atəş açmaqla vətəndaşı yaralamış idman ustası barədə həbsli axtarış tədbirləri davam edir

Hadisə Materials 19 Dekabr 2005 19:37 (UTC +04:00)

Dekabrın 18-də səhər saat 6.00 radələrində "Sahil" bağında odlu silahdan atəş açmaqla vətəndaş İsmayılov Anar Fazil oğlunu yaralamış idman ustası Axundov Şahin İsrafil oğlunun həbsli axtarışı davam edir. Bu barədə Trend ə Bakı şəhəri, Səbail rayon Prokurorluğunun müstəntiqi Elçin Sultanov məlumat verib.

"Cip" markalı avtomobildə olan Şahin Axundov "Kalaşnikov" markalı avtomat silahdan "Mersedes" markalı avtomobildə olan Anar İsmayılova tərəf bir neçə atəş açıb. Nəticədə Anar İsmayılov əlindən yaralanıb. Onu dərhal Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına götürüb. Tibbi yardım göstəriləndən sonra yaralı travmotologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir" - deyə müstəntiq bildirib.

E.Sultanovun sözlərinə görə, faktla bağlı Səbail rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7-ci maddəsi ilə (ölümə sui-qəsd) cinayət işi başlanıb. Hazırda istintaq davam edir və istintaqı aparanlar baş vermiş hadisənin səbəblərini araşdırırlar. Cinayəti törətmiş Anar İsmayılov barəsində isə həbsli axtarış elan edilib.

Xəbər lenti

Xəbər lenti