...

Bakı buxtasında İran İslam Respublikasına məxsus elmi tədqiqat gəmisi yanır

Hadisə Materials 14 Fevral 2006 15:05 (UTC +04:00)

Fevralın 14-də saat 11.30-dan başlayaraq Bakı buxtasında, Xəzərin Bibiheybət qəsəbəsi yaxınlığındakı sularda İran İslam Respublikasına məxsus elmi tədqiqat gəmisində başlanan yanğın hələ də söndürülməyib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ağaəli İsmaılov məlumat verib.

"Pijvak" elmi-tədqiqat gəmisi bir müddətdir ki, Gəmi Təmiri Zavodunda təmirə dayanıbmış və onun təmirini "Turan" Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirirmiş.

"Saat 11.34-də Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Səbail rayon şöbəsindən yanğınsöndürənlərimiz 3 saylı çağırışla hadisə yerinə yollanıblar. Gəmidə yanğın başlayarkən onun içərisində təmir işləri aparılırmış. Gəmidə olanların həyatı dərhal xilas edilib. Gəmi dənizin içərilərinə - sahildən təxminən 200 metr aralıya aparılıb ki, yanğın digər sahələrə də keçib fəsadlar törətməsin. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Baş Dövlət Yanğın Təhlükəsizliyinin rəhbərliyi hadisə yerində olub" - deyə A.İsmayılov söyləyib.

Xəbər lenti

Xəbər lenti