...

Sklifosovski adına ETİ-yə çatdırılmış zərərçəkənlər arasında azərbaycanlılar da vardır

Hadisə Materials 23 Fevral 2006 15:32 (UTC +04:00)

Moskvanın Basmanski bazarında dam örtüyünün uçması nəticəsində Sklifosovski adına ETİ-yə çatdırılmış zərərçəkənlər arasında azərbaycanlılar da vardır. Bu barədə Trend ə baş həkimin müavini Vladimir Şevçuk bildirib.

ETİ-yə Əhməd Əliyev, İlham Məmmədov, Elgün Novruzov, Arzu Qafarov, eləcə də Yadqorova Nuxazra çatdırılıb. Onlarda müxtəlif dərəcəli sınıqlar olub və onlara lazımi tibbi yardım göstərilir. 25 yaşında xəsarət almış bir naməlum şəxs də xəstəxanaya gətirilib, amma o, xəstəxanada qalmaqdan imtina edib.

V.Şevçukun sözlərinə görə, bu, fevralın 23-nə, günün birinci yarısına olan məlumatdır, əgər yenə xəsarət alanlar gətirilsə , onlara təcili tibbi yardım göstəriləcək.

Xəbər lenti

Xəbər lenti