...

Bakıdakı təyyarə qəzası ilə əlaqədar yekun rəy 2 aydan sonra bəlli olacaq

Hadisə Materials 2 Mart 2006 15:27 (UTC +04:00)

Dekabrın 25-də Bakının Nardaran qəsəbəsi yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar yekun rəy 2 aydan sonra bəlli olacaq. Bu barədə Trend Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluqdan bildirilib ki, şahidlərin dindirilməsi və təyyarənin "qara qutu"sunun öyrənilmə mərhələsi bitib. Hazırda isə təyyarənin bəzi cihazları ekspertiza olunmaq üçün Moskvanın Beynəlxalq Aviasiya Komitəsinə göndərilib. Qəzanı araşdıran komissiya həmin cihazların saz, yaxud nasaz vəziyyətdə olub-olmaması barədə Komitədən yekun rəy almadığı üçün hadisənin əsl səbəbi qaranlıq olaraq qalıb. Yekun rəyinsə təqribən 2 aydan sonra alınacağı gözlənilir.

Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 23 nəfər həlak olmuşdu. Onlardan 18-i sərnişin, 5-i isə təyyarənin heyət üzvü idi.

Xəbər lenti

Xəbər lenti