Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Tanrıverdiyev/
"Apple"ın bazar kapitalı il ərzində ilk dəfə 400 milyard ABŞ dollarından aşağı düşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Lenta.ru"ya istinadən yazıb.
Martın 4-də ABŞ birjası bağlanan zaman, Apple şirkətinin bir səhmi 420.05 dollara satılıb ki, bu da şirkətin səhmlərinin satışı zamanı qeydə alınan ən yüksək göstəricidən 40 faiz aşağıdır.
Bu arada isə onun əzəli rəqibi olan "Google" şirkətinin səhmləri isə tarixi maksiumum həddə çatıb. Hazırda onun dəyəri 1,9 faiz arataraq, 821,12 dollar olub.
Qeyd eək ki, "Google"un güclənməsi, "Apple"ın isə zəifləməsi tendensiyası bazarda artıq bir neçə ay ərzində qalmaqdadır. Belə ki, 2011-ci ilin avqust ayından dünyanın ən bahalı şirkəti olan "Apple" bu ilin yanvarın sonlarında öz yerini itirib.