Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Tanrıverdiyev/
"Google" şirkəti Android əməliyyat sistemi (ƏS) üçün nəzərdə tutulan "Tərcümə" tətbiqini yeniləyib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin rəsmi bloqunda məlumat verilib.
Yenilənmədən sonra "Tərcümə" tətbiqi internetə qoşulmadan hər hansı bir yazını bir dildən digərinə tərcümə edə biləcək. "İnternetsiz tərcümə"ni aktivləşdirmək üçün tətbiqi qoşmaq, "Offline tərcümə" bölümünü açmaq və lazım olan dil paketini seçərək yükləmək lazımdır.
"Google Tərcümə" servisi söz və söz birləşmələrini avtomatik olaraq tərcümə edir. Onun veb versiyası latın və Esperanto dilləri daxil olmaqla 60-dan çox dili dəstəkləyir.