...

Həyat yoldaşı Şumaxerin təyyarəsini satır

Maraqlı Materials 25 İyul 2014 12:58 (UTC +04:00)
Yeddiqat "Formula 1" çempionu Mixael Şumaxerin təyyarəsi satılır.
Həyat yoldaşı Şumaxerin təyyarəsini satır

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Ulucay Akif/

Yeddiqat "Formula 1" çempionu Mixael Şumaxerin təyyarəsi satılır.

Trend "Bild" qəzetinə istinadən xəbər verir ki, avtopilotun həyat yoldaşı Korinna Şumaxer "Falcon 2000EX" markalı təyyarəni satışa çıxarıb. Yenisinin qiyməti 25 milyon avro olan bu 8 sərnişinlik təyyarəni almaq istəyənlər 20 milyon avrosundan keçməlidir.

Qeyd edək ki, M.Şumaxer uzun müddət komada olduqdan sonra özünə gəlib və səhhəti sabitləşib. O, müalicəsini artıq öz evində davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti