...

Dünyanın ən varlı insanları (SİYAHI)

Maraqlı Materials 3 Mart 2015 09:57 (UTC +04:00)
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts 2015-ci ildə dünyanın ən zəngin insanı seçilib.
Dünyanın ən varlı insanları (SİYAHI)

Azərbaycan, Bakı, 3 mart /Trend/

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts 2015-ci ildə dünyanın ən zəngin insanı seçilib. Trend xəbər verir ki, bu, "Forbes" jurnalının dərc etdiyi illik reytinq siyahısında bildirilir. Onun sərvəti 79,3 milyard dollar təşkil edir.

İkinci yeri 76,4 milyard dollarla meksikalı milyarder Karlos Slim Elu tutur.

Reytinqdə üçüncü yerdə 72,3 milyard dollarla məşhur investor, "Berkshire Hathaway"-ın yaradacısı Uorren Baffet qərarlaşıb.

2015-ci ilin ən zəngin qadını "Wal-Mart" mağazalar şəbəkəsinin 60 yaşlı şəriki Kristi Uolton seçilib. Onun varidatı 41,7 milyard dollar dəyərində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti