...

Venesiya Biennalesində YARAT Müasir İncəsənət Mərkəzinin sərgisinin açılışından videoçarx

Maraqlı Materials 16 May 2015 18:57 (UTC +04:00)
56-cı Venesiya Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi “Odla suyun birliyi” sərgisinin açılışından videoçarx yayımlanıb.
Venesiya Biennalesində YARAT Müasir İncəsənət Mərkəzinin sərgisinin açılışından videoçarx

Azərbaycan, Bakı, 16 may /Trend/

56-cı Venesiya Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi "Odla suyun birliyi" sərgisinin açılışından videoçarx yayımlanıb. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

"Odla suyun birliyi" layihəsinin ideyasını iki rəssamın - Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.

Sərgi YARAT qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. Qeyd edək ki, 2011-ci ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunan "YARAT" təşkilatı Azərbaycanda müasir incəsənət anlayışının aşılanması və inkişaf etdirilməsi, habelə milli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti