...

Mirvari boyunbağına bənzər kəhkəşanlar aşkarlandı

Maraqlı Materials 10 Fevral 2024 17:02 (UTC +04:00)
Mirvari boyunbağına bənzər kəhkəşanlar aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NASA-nın “Habbl” kosmik teleskopu bir-biri ilə mirvari boyunbağına bənzər şəkildə bağlanmış 12 gənc qalaktikadan ibarət kəhkəşanın təsvir olunduğu şəkli paylaşıb.

Trend NASA-nın saytına istinadən xəbər verir ki, bu tədqiqatda Pensilvaniya (ABŞ) ştatından alimlərin rəhbərliyi ilə komanda yeni yaranmış ulduzdan ibarət 425 toplu aşkar edib.

Onların hər birində ultrabənövşəyi diapazonda parlaq şəkildə parlayan milyona yaxın mavi göy cismi var.

Astonomların sözlərinə görə, aşkar edilmiş struktur çox qeyri-adidir. Qalaktikaların yaşı 10 milyondan artıq deyil, baxmayaraq ki, bu növ toplular gənc Kainat dövrünə xasdır. Bu, o deməkdir ki, qalaktik “boyunbağı”dan bir çox milyard il əvvəl baş verən kosmik proseslərin tədqiqi üçün istifadə edilə bilər.

Xəbər lenti

Xəbər lenti