...

Hakim partiya ermənilərin qədim Azərbaycan torpaqlarını işğal etmələri faktını ictimailəşdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2008 13:13 (UTC +04:00)
Hakim partiya ermənilərin qədim Azərbaycan torpaqlarını işğal etmələri faktını ictimailəşdirir

Azərbaycan, Bakı 07 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ermənilərin Azərbaycanın qədim torpaqları üzərində Ermənistan dövləti qurması faktını ictimailəşdirir. Trend in məlumatına görə, cümə axşamı YAP-ın təşkilatçılığı ilə "Ermənistan - Azərbaycan münaqişəsində Ermənistanın informasiya təxribatlarına qarşı mübarizənin əsas hədəfləri" mövzusunda Dəyirmi masa keçirilib. "Ermənilərin qədim Azərbaycan torpaqlarında öz dövlətlərini qurması, qədim İrəvan xanlığını özlərinə paytaxt etməsi barədə tarixi faktları qeyd edən prezident İlham Əliyevin bəyanatı geniş vüsət almalıdır" - deyə YAP-ın icraçı katibi və sədr müavini Əli Əhmədov bildirib. O qeyd edib ki, ermənilər son 200 ildə ən böyük beynəlxalq cinayətləri - işğalçılıq, etnik təmizləmə və tarixi saxtalaşdırma törədiblər.

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, ermənilərin Azərbaycan torpaqlarına qonaq kimi gəlməsi barədə prezident Əliyevin bəyanatları tarixi faktlara əsaslanır. Tarixçi alim bildirib ki, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsinə dair siyahılar bu gün də arxivlərdə saxlanılır. "Türkmənçay müqaviləsindən sonra ermənilərin Şimali Azərbaycana köçü başlanıb, 1828-ci ildə Azərbaycan torpaqlarında erməni vilayəti yaradılır. O vaxt İrəvan vilayətinə verilən 1125 kənddən 1114-ü sırf azərbaycanlıların yaşadığı kəndlər olub. Tarixi sənədlərdə göstərilir ki, 1886-ci ildə İrəvan əhalisinin 86,5%-i azərbaycanlılardan ibarət olub" - deyə tarixçi alim qeyd edib.

Mahmudov əlavə edib ki, 1978-ci ildə ermənilər Azərbaycanın Ağdərə rayonunda özlərinin bu ərazilərə köçürülməsinin 100 illiyi münasibəti ilə abidə qoyublar. Sonradan bu tarixi faktın ermənilərin əleyhinə yönələcəyini başa düşüb abidəni məhv ediblər.

Xəbər lenti

Xəbər lenti