...

ATƏT - in yeni sədri gələn il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2008 15:36 (UTC +04:00)
ATƏT - in yeni sədri gələn il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir

Azərbaycan, Bakı, 24 dekabr/ Trend , müxbir Y.Ostapenko/ ATƏT gələn il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir.

"Biz 2009 - cu ildə bu istiqamətdə irəliləyiş görməyə ümid edirik", - ATƏT-in yeni sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis (Dora Bakoyannis) Trend - a müsahibəsində bildirib.

ATƏT-in hazırki sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb ATƏT ölkələri xarici işlər nazirlərinin dekabrın 4 - də Helsinkidə keçirilən görüşündə sədr səlahiyyətlərini rəsmi olaraq Yunanıstanın xarici işlər naziri Dora Bakoyannisə verib. Yunanıstanın ATƏT-ə sədrliyi yanvarın 1-dən başlayacaq.

Bakoyannisin sözlərinə görə, Yunanıstan Azərbaycan və Ermənistanın nümayəndələrinin tez - tez görüşmələrini münaqişənin həlli üçün zəruri olan qarşılıqlı etibarın yaranmasına doğru müsbət addımlar hesab edir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991 - ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992 -1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

"Yunanıstan bu səyləri tam dəstəkləyir və Fransa xarici işlər nazirinin ayın əvvəlində Helsinkidə yüksək səviyyəli görüşdə Avropa İttifaqının adından səsləndirdiyi bəyanatına uyğun olaraq, hər iki tərəfin konstruktiv qarşılıqlı əlaqələrinə çağırır", - Bakoyannis deyib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında deyilir ki, tərəflərin imzaladıqları Moskva bəyannaməsi Cənubi Qafqazda sülhün bərqərar edilməsi üzrə ümumi səylərdə yeni və çox şey vəd edən mərhələ açıb.

Tərəflər Minsk Qrupu və həmsədrlərin Azərbaycan və Ermənistan rəhbərləri ilə əməkdaşlıqda onların təklifləri əsasında işlədikləri və ötən il Madriddə təqdim edilmiş baza prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasına nail olmağa sadiqliklərini  təsdiqləyiblər.

Moskva Bəyannaməsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 2 - də Moskvada keçirilmiş görüşündə imzalanıb və ATƏT-in Minsk Qrupu çərçivəsində, regionda sülhün əldə edilməsi üçün fəaliyyətin canlandırılmasını nəzərdə tutur.

"Biz beynəlxalq - hüququn tanıdığı sərhədlər çərçivəsində bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini möhkəm dəstəkləyirik", - Bakoyannis deyib.

Bakoyannisin sözlərinə görə, ATƏT hazırki vəziyyətin yaratdığı insan ağrısına etinasız yanaşa bilməz və buna görə də, Cənubi Qafqaz regionunda sülh və sabitliyin əldə olunması üçün, "minlərlə məcburi köçkün öz evlərinə qayıtmalıdır".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti